olimpiya
olimpiyaçı
OBASTAN VİKİ
Olimpiya Oyunları
Olimpiya oyunları — Beynəlxalq idman aləminin ən populyar ictimai təşkilatı, 4 ildən bir keçirilən ən böyük beynəlxalq idman müsabiqəsi. Qədim Yunanıstanda mövcud olmuş Olimpiya oyunlarının bərpa olunması təşəbbüsünü XIX əsrin sonlarında fransız ictimai xadimi Baron Pyer de Kuberten təklif etmişdir . Onun dövründə Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir 1896-cı ildən etibarən hər 4 ildən bir keçirilir. Bura dünya müharibələrinin baş verdiyi illər daxil deyil. 1924-cü ildə Qış Olimpiya Oyunları təsis edildi. Əvvəllər yay və qış oyunları eyni ildə keçirilirdi, lakin 1994-cü ildə Qış Olimpiya Oyunlarının keçirilməsi yay oyunlarına nəzərən iki il irəli çəkildi. == Mahiyyəti == Olimpiya oyunları dedikdə yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır. Olimpiya oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuş, Olimpiya müharibə ideyası ilə heç vədə bir yerə sığmamışdı. Qədim Yunanıstanda Olimpiya oyunlarının yaranmasından söz gedərkən oyunların əsası, bir növ, dinə sitayiş, ibadət nəzəriyyəsinə əsaslanırdı.
2015 Olimpiya Oyunları
2015 Avropa Oyunları — 12 iyundan 28 iyuna qədər Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən idman yarışı. 2015 Avropa Oyunları tarixdə ilk dəfə keçirilən idman yarışıdır. Yarışlarda 50 Avropa ölkəsindən 6000-dən çox idmançı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib. Avropa Oyunlarının məşəlini isə Bakı Olimpiya Stadionuna 2 qat Paralimpiya Çempionu, Qarabağ qazisi cüdoçu İlham Zəkiyev gətirib.
Antik Olimpiya oyunları
Olimpiya oyunları (yunanların (ellinlər) ən böyük milli bayramı. Dörd ildən bir Peloponnes yarımadasında yerləşən Olimpiya şəhərində keçirilirdi. == Oyunların yaranması == Qədim rəvayətə görə bu oyunlar hələ Kronosun dövründə İdalı Heraklın (Zevsin oğlu Herakl ilə qarışdırılmamalıdır) şərəfinə yaranmışdır. Belə ki, rəvayətə əsasən Reya yeni anadan olmuş Zevsi kahinləri kuretlərə verir. Onlardan beşi Krit adasında yerləşən İda şəhərindən Olimpiyaya gəlir. Həmin vaxt Olimpiyada artıq Kronosun şərəfinə ucaldılmış məbəd var idi. Hamını qaçış yarışlarında məğlub edən Herakl cır zeytun ağacının budağı ilə mükafatlandırılır. Herakl həm də yarışları Olimpiyaya gəlmiş idiyalı qardaşların sayına görə beş ildən bir (bütün illər sayılır) keçirilməsinin əsasını qoyur. Lakin sonra oyunların keçirilməsinə son qoyulur. Oyunlar bir də e.ə.
Qış Olimpiya Oyunları
Qış Olimpiya Oyunları — "Ağ Olimpiadalar" adlanan ilk yarışlar 1924-cü ildə Fransanın Şamoni şəhərində keçirilib. Burada 16 ölkənin 293 idmançısı medallar uğrunda mübarizə aparıb. İndiyədək sayca 22-ci Qış Olimpiya Oyunları keçirilib.
Qədim Olimpiya oyunları
Olimpiya oyunları (yunanların (ellinlər) ən böyük milli bayramı. Dörd ildən bir Peloponnes yarımadasında yerləşən Olimpiya şəhərində keçirilirdi. == Oyunların yaranması == Qədim rəvayətə görə bu oyunlar hələ Kronosun dövründə İdalı Heraklın (Zevsin oğlu Herakl ilə qarışdırılmamalıdır) şərəfinə yaranmışdır. Belə ki, rəvayətə əsasən Reya yeni anadan olmuş Zevsi kahinləri kuretlərə verir. Onlardan beşi Krit adasında yerləşən İda şəhərindən Olimpiyaya gəlir. Həmin vaxt Olimpiyada artıq Kronosun şərəfinə ucaldılmış məbəd var idi. Hamını qaçış yarışlarında məğlub edən Herakl cır zeytun ağacının budağı ilə mükafatlandırılır. Herakl həm də yarışları Olimpiyaya gəlmiş idiyalı qardaşların sayına görə beş ildən bir (bütün illər sayılır) keçirilməsinin əsasını qoyur. Lakin sonra oyunların keçirilməsinə son qoyulur. Oyunlar bir də e.ə.
Yay Olimpiya Oyunları
Yay Olimpiya Oyunları — hər dörd ildən bir yay fəslində keçirilən bütün dünyanı əhatə edən çox növlü idman yarışı. Qədim Yunanıstanda yaranmışdır. Müasir Olimpiya Oyunları ilk dəfə 1896-cı ildə Afinada keçirilmişdir. == Olimpiya Oyunlarının yaranması == Qədim Yunanıstanda hələ 28 əsr bundan əvvəl kimin daha güclü, çevik və cəld olduğunu aşkara çıxarmaq üçün atletlərin yarışı keçirilərmiş. Ən böyük və məşhur idman yarışları Olimpiya şəhərində keçirildiyi üçün bu oyunlar Olimpiya Oyunları adlanırdı.Olimpiya Oyunları Yunanıstanda böyük bir bayram sayılırdı və 1417 gündən bir, yəni hər dörd ildən bir keçirilirmiş. Əvvəllər olimpiyaçılar yalnız qaçışın sürətinə görə yarışırmışlar. Lakin illər keçdikcə Olimpiya Oyunları yarışlarının proqramına həmçinin pentatlon (beşnövçülük: qaçmaq, nizə və disk tullamaq, uzununa tullanmaq, güləşmə), yumruq döyüşü, ikitəkərli arabalarda yürüş də daxil edilir. Olimpiya bayramlarında incəsənət müsabiqələri də keçirilərmiş, məsələn, şairlər Olimpiya Oyunlarının şərəfinə qoşduqları şeirləri və himnləri oxuyar, natiqlər qalibləri tərifləyərmişlər. == Müasir Olimpiya Oyunları == Müasir Olimpiya Oyunlarının tarixi XIX əsrin axırlarında başlanır. 1896-cı ildə Afina şəhərində antik Olimpiadaların nümunəsi əsasında çox böyük beynəlxalq idman yarışları keçirildi.
1896 Yay Olimpiya Oyunları
1896 Yay Olimpiya Oyunları və ya rəsmi adı ilə I Yay Olimpiya Oyunları, 6-15 aprel 1896 tarixləri arasında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan çox idman növlü yarış. Tarixin birinci müasir Olimpiya Oyunlarının Afina şəhərində baş tutması Qədim Olimpiya Oyunlarının məhz elə Yunanıstanda yaradığı üçündür. 1894-cü ilin 23 aprel tarixində Paris şəhərində fransız pedaqoq Pyer de Kuberten tərəfində baş tutan konqres zamanı yarışların Afina şəhəri keçirilməsi qərara alınmışdı.
1900 Yay Olimpiya Oyunları
Müasir dövrdə daha çox II Olimpiya Oyunları kimi tanınan 1900-cü il Yay Olimpiyadası 1900-cü ildə Fransanın Paris şəhərində təşkil olunan beynəlxalq çox idman növlü yarışdır. Açılış və bağlanış mərasimləri keçirilməmişdir. Oyunlar mayın 14-də başlamış və oktyabrın 28-də başa çatmışdır. Oyunlar 1900-cü il Ümumdünya sərgisinin hissəsi kimi keçirilib. 19 idman növündə 997 Olimpiyadaçı iştirak edib. Qadınlar birinci dəfə idi ki , Olimpiya oyunlarında iştirak edirdilər və yelkənli qayıqsürmə idmançısı Elen de Purtale birinci qadın olimpiya çempionu oldu. Yarışların bazar günü keçirilməsi haqqında qərar bir çox Amerikali idmançılar tərəfindən etirazla qarşılanmışdı. 1895-ci il Sarbonna konfransında Pyer de Kuberten 1900-cü il Yay Olimpiya Oyunlarının Fransada təşkil olunmasını təklif edib. Konfrans nümayəndələri beş il gözləmək istəməyib və birinci Olimpiya oyunlarının 1896-cı ildə keçirilməsini qanun kimi qəbul edib. Qərara əsasən, 1896-cı il Yay Olimpiya Oyunlarının Afinada , ikinci Yay Olimpiya Oyunlarnın isə bundan dörd il sonra Fransada keçirilməsi nəzərdə tutulub.
1904 Yay Olimpiya Oyunları
1904 Yay Olimpiya Oyunları — ABŞ-nın Sent-Lüis şəhərində keçirilmişdir. Oyunlarda 12 ölkədən 651 idmançı mübarizə aparmışdır.
1906 Yay Olimpiya Oyunları
1906 Yay Olimpiya Oyunları(22 aprel — 2 may) — Yunanıstanın Afina şəhərində təşkil edilmişdir. 20 ölkədən 7-si qadın olmaqla 877 idmançı yarışmışdır. Yunanıstan 1896-cı ildə həyata keçirilən ilk olimpiadalardan sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət edərək 10-cu il şərəfinə xüsusi bir olimpiada təşkil etməsini tələb etdi. Yunanıstanın bu tələbi qəbul edildi və 1906-cı ildə ara olimpiadalar edilməsinə qərar verildi. Oyunlar üçün rəsmi olaraq "Olimpiya" sözü istifadə edilmir. Çünki 3-cü ilə 4-cü Olimpiya oyunları arasında təşkilat komitəsi reallaşmışdır. Müsabiqələr nəticəsində medal paylandığı halda, bu medallar BOK tərəfindən tanınmır. == Olimpiadanın açılışı == Olimpiadanı I George açmışdır.
1912 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1916 Yay Olimpiya Oyunları
VI Olimpiya oyunları — BOK-un 27 aprel 1912-ci ildə qəbul etdiyi qərara əsasən 1916-cı ildə Berlində keçirilməsi planlaşdırılan yay olimpiya oyunları. Almaniyanın paytaxtı oyunların keçirilməsi hüququnu Brüssel, İsgəndəriyyə, Amsterdam, Budapeşt və ABŞ-nin Klivlend şəhərlərini üstələyərək əldə etmişdi. Birinci dünya müharibəsinin başlaması səbəbi ilə oyunlar ləğv edildi. Berlinin yeni stadionu oyunlara artıq hazır idi. Altıncı oyunların ləğv edilməsinə baxmayaraq, növbəti oyunlara yeddinci rəqəmi verildi. Vacib təkliflərdən biri 1916-cı ildə Baden-Vürtemberqdə qış olimpiya oyunlarının keçirilməsi idi.
1920 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1924 Qış Olimpiya Oyunları
1924 Qış Olimpiya Oyunları - I Qış Olimpiya Oyunları. 1924-cü ildə Fransanın Şamoni şəhərində keçirilmişdir.
1924 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1936 Yay Olimpiya Oyunları
1936 Yay Olimpiya Oyunları— 1936-cı ildə Almaniyanın Berlin şəhərində baş tutmuş beynəlxalq çoxnövlü idman yarışıdır. Berlin Barselonada Beynəlxalq Olimpiya Komitəsinin 29-cu sessiyasında-26 aprel 1931-ci ildə oyunlara ev sahibliyi etmək hüququnu əldə edib. 1932-ci il Los Anceles Yay Olimpiya Oyunları geridə qaldıqdan sonra, Almaniya yeni 100000 yerlik yüngül atletika stadionu, altı gimnaziya və bir çox digər kiçik arenalar inşa etdirdi. Almaniya həmçinin bahalı yüksəktexnoloji elektron avadanlığın bir çox digər formaları ilə 41 ölkəni əhatə edən radio şəbəkəsi və video müşahidə sistemini qurdu. Kinorejissor Leni Rifenştal 7 mln. $ qarşılığında oyunları ekranlaşdırmaq üçün Almaniya Olimpiya Komitəsi tərəfindən tapşırıq alıb. Olimpiya adlanan filmdə idman çəkilişlərində ümumi texnikaların çoxu ilk dəfə idi istifadə olunurdu. Reyx Kansler Adolf Hitler oyunları irqi üstünlük idelları və öz dövlətinin irəli çəkilməsi kimi görürdü. Nasist partiyasının rəsmi qəzeti olan Völkischer Beobachter kəskin həddə yazmışdı ki, yəhudilərin və qara dərililərin Olimpiya Oyunlarında iştirakına icazə verilməməlidir. Lakin digər millətlərin oyunları boykot edəcəyi məsələsi ortaya çıxan zaman, bütün etnik qrupların iştirakına icazə verildi.
1940 Yay Olimpiya Oyunları
1940 Yay Olimpiya Oyunları — rəsmi adı XII Olimpiada (第十二回オリンピック競技大会 Dai Jūni-kai Orinpikku Kyōgi Taikai) (Fincə: Kesäolympialaiset 1940) və 1940-cı ilin 21 sentyabr-6 oktyabr tarixləri arasında Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilməli idi, lakin İkinci dünya müharibəsinin başlanması ilə təxirə salındı. == 1940 Tokio Olimpiya Oyunları == 1940 Yay Olimpiya Oyunları üçün ev sahibi olacaq şəhərin seçilməsinə 1932-ci ildə başlanmışdı və namizədlər arasında Barselona, Roma, Helsinki və Tokio şəhərləri var idi. Yaponiyanın Millətlər Liqasından çıxarılmasından sonra Tokio şəhəri rəsmiləri kampaniyanı beynəlxalq diplomatiya vasitəsi kimi təlqin edirdilər. Tokio rəsmiləri və Beynəlxalq Olimpiya Komitəsi nümayəndələri kampaniyanın arxasında idilər, lakin hərbi məsələlərdə daha çox maraqlı olan milli hökumətin diplomatik jest üçün güclü dəstəkləyənləri yox idi. 1936-cı ildə Tokio sürpriz şəkildə seçildi və ilk dəfə idi ki, ev sahibliyi Şərqdə olan şəhərə verilmişdi. === 1930-cu illərdə Yaponiya və beynəlxalq idman yarışları === Tokioda keçirilən 1930 Uzaq Şərq Oyunları ərzində hindli idmançılar Britaniya Hindistanının bayrağı əvəzinə, öz müstəqillik hərəkatlarının bayrağını dalğalandırdılar. Bu, Britaniya Olimpiya Komitəsinin narazılığına səbəb oldu. 1934-cü ildə Yaponiya Uzaq Şərq Oyunlarına Avropa müstəmləkələrini dəvət etməyə təşəbbüs göstərdi. === Layihə === Əsas stadion Meiji Jingu stadionu idi, sonra 1964 Yay Olimpiya Oyunlarında istifadə edilmişdi. Olimpiya kəndi Kinuta Park və ya Todoroki Gorge ərazilərində tikilmişdi.
1952 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1952 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1956 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1956 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1960 Qış Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1960 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==
1964 Qış Olimpiya Oyunları
1964 Qış Olimpiya Oyunları — 29 yanvar və 9 fevral tarixləri arasında keçirilmiş tarixdəki IX Qış Olimpiya oyunlarıdır. Avstriyanın İnsbruk şəhərində keçirilmişdir.
1964 Yay Olimpiya Oyunları
== Olimpiadanın açılışı ==